Çiynindəki zədəyə görə karyerasını bitirdi

27.05.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Danimarka millisinin və “Seltik”in qapıçısı Kasper Şmeyxel karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib. Şmeyxel çiynindəki zədə səbəbindən “butslarını asıb”.

Şmeyxel “Seltik”dən əvvəl “Mançester Siti”, “Koventri”, “Nitsa”, “Lester”, “Anderlext” kimi klublarda da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью