Cizgi filminin müəllifi 4 il 1 ay müddətinə məhkum edildi KONKRET

05.10.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Мasyani” cizgi serialının müəllifi Oleq Kuvayev Rusiyada qiyabi olaraq 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mediazona” Nevski Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Prokurorluq Oleq Kuvayev üçün 5 il 11 ay müddətinə həbs cəzası tələb etmişdi.

Multiplikator “xarici agent” kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmək və dövlət təhlükəsizliyinə qarşı fəaliyyətə çağırışlarla bağlı maddələrlə ittiham olunub.

Sonuncu ittihamın əsasını cizgi serialının 169-cu bölümü təşkil edib. Həmin bölümdə “Маsyani” Ukraynada döyüşən rusiyalı hərbçiləri təslim olmağa çağırır.

Kuvayevə qarşı “xarici agent”lərlə bağlı maddə üzrə cinayət işi Rusiya Ədliyyə Nazirliyinə üç dəfə hesabat təqdim etməməsinə görə açılıb. Bundan əvvəl o, bu pozuntuya görə iki dəfə 30 min rubl məbləğində cərimələnib.

Ağagül Mürsəlov,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью