sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünən keçirilən 9 oyunla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu yekunlaşıb.
Sport24.az xəbər verir ki, bu turdan sonra 15 klub ilk "24-lük"də və pley-off mərhələsində yerini təmin edib.
Bu komandalar "Arsenal", "Bavariya", "Real", "Liverpul", "Tottenhem", PSJ, "Nyukasl" "Çelsi", "Barselona", "Sportinq", "Mançester Siti", "Atletiko" (Madrid), "Atalanta", "İnter" və "Yuventus"dur.
"Arsenal" və Bavariya" artıq 1/8 finala vəsiqəni təmin ediblər.
Son -VII turun nəticələrindən asılı olmayaraq, Londonlular ikinci yerdən, Münhen komandası isə dördüncü yerdən aşağı düşməyəcək.
Qeyd edək ki, Əsas mərhələnin 8-ci və sonuncu oyun gününün qarşılaşmaları yanvarın 28-də oynanılacaq. Bütün oyunlar eyni vaxtda başlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.