ÇL: 2 ci mərhələyə adlayacaq daha 4 komanda müəyyənləşir

15.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, bu gün mərhələnin növbəti cavab oyunları keçiriləcək. 

İkinci oyun günündə 2-ci mərhələyə adlayacaq daha 4 komandanın adı bəlli olacaq. 

Qeyd edək ki, bir gün əvvəl Ulesdə cavab görüşünə çıxan "Sabah" TNS-i hər iki oyunda üstələyərək 2-ci mərhələyə adlayıb. Azərbaycan çempionu növbəti raundda Finlandiya təmsilçisi "KuPS" ilə qarşılaşacaq. Tərəflər arasında ilk görüş 21 iyulda Bakıda, cavab qarşılaşması bir həftə sonra səfərdə baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
14 iyul

21:30. Universitatya Krayova (Rumıniya) - Vitebsk (Belarus) (ilk oyun - 4:1)
22:15. Bissen (Lüksemburq) - Klaksvik (Farer adalarıi) (ilk oyun - 1:2)
23:00. Eqnatiya (Albaniya) - Petrokub (Moldova) (ilk oyun - 1:1)
23:00. Sutyeska (Monteneqro) - Kayrat (Qazaxıstan) (ilk oyun - 1:2)

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью