ÇL: Araz Naxçıvan qələbə ilə başladı

27.10.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"ə qalib gəlib. Sport24.az xəbər verir ki, Polşadakı "Prezero Arena"da baş tutan görüş Naxçıvan təmsilçisinin 5:4 hesablı qələbəsi ilə bitib.

Komandamızın heyətində heyətində Oktay Rüstəmli het-triklə yadda qalıb, digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.


Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti oyununu sabah Bosniya və Herseqovina çempionu "Buba Mara"ya qarşı keçirəcək. Görüş bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью