ÇL: Arsenal ın Atletiko sınağı, Bayer son çempionla qarşılaşır | Icma.az
Fanat saytına istinadən Icma.az xəbər verir. UEFA Çempionlar Liqasında 3-cü tur başlayır.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 9 matç baş tutacaq.
İki görüş Bakı vaxtı ilə saat 20:45-də, qalanları 23:00-da start götürəcək.
Günün mərkəzi qarşılaşmasında İngiltərə Premyer Liqasının lideri "Arsenal" İspaniya nəhəngi "Atletiko" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bundan başqa, Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" ÇL-in son qalibi PSJ-ni qonaq edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" 3-cü tur çərçivəsində səfərdə "Atletik Bilbao" ilə qarşılaşacaq.
Oyun sabah İspaniyada baş tutacaq və 20:45-də başlayacaq. UEFA Çempionlar Liqası Liqa mərhələsi, 3-cü tur 21 oktyabr 20:45.
Kayrat (Qazaxıstan) – Pafos (Kipr) 20:45. Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan) 23:00. PSV (Niderland) – Napoli (İtaliya) 23:00.
Tam oxu
Xəbəri oxu