ÇL: “Arsenal” “İnter”i məğlub etdi, PSJ və “Siti” uduzdu Video | Icma.az
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq. Çempionlar Liqasının VII turunun ilk oyun günü baş tutub.
Yeniavaz.com xəbər verir ki, gecənin ən əhəmiyyətli qarşılaşmasında turnir cədvəlinə liderlik edən “Arsenal” “İnter”in qonağı olub və rəqibini 1:3 hesabı ilə məğlub edib.
VII turun ilk günündə baş tutan görüşlər həm də sürprizlərlə yadda qalıb.
Belə ki, Çempionlar Liqasının sonuncu qalibi PSJ Portuqaliyada “Sportinq Lissabon”a 2:1 hesabı ilə məğlub olub.
Həmçinin turnirin əsas favoritlərindən hesab olunan, Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” Norveçdə “Budo-Qlimt”ə uduzub – 3:1.
“Real Madrid” isə doğma azarkeşlərin önündə “Monako” ilə qarşılaşıb və rəqibini darmadağın edib – 6:1.
Liqa mərhələsinin VII turu çərçivəsində ötən gün baş tutan görüşlərin nəticələri belə olub: “İnter” – “Arsenal”: 1:3; “Real Madrid” – “Monako”: 6:1; “Sportinq” – PSJ: 2:1; “Kopenhagen” – “Napoli”: 1:1; “Olimpiakos” – “Bayer Leverkuzen”: 2:0; “Tottenhem” – “Borussiya Dortmund”: 2:0; “Vilyarreal” – “Ayaks”: 1:2; “Budo-Qlimt” – “Mançester Siti”: 3:1; “Kayrat Almatı” – “Klub Brügge”: 1:4.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu