ÇL: Azərbaycan çempionu Çexiya təmsilçisinə qalib gəldi

24.09.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanı EMF Çempionlar Liqasında təmsil edən “Zirə” növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz qitə çempionatının ikinci günündə Çexiyanın “Hanspaulka Praqa” kollektivi ilə üz-üzə gəlib.

G qrupunda mübarizə aparan Azərbaycan çempionu görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Qolları İsa Atayev və Samir Həmzəyev vurublar.

G qrupunda yer alan ölkə çempionu “Zirə” ilk matçını ötən gün Bosniya və Herseqovinanın “Krayina Plan 21” komandasına qarşı keçirib və 1:1 hesablı heç-heçəylə kifayətlənib. 

"Qartallar" qrupda son oyununu bu gün İspaniyanın “Qrupo Roksu” komandasına qarşı keçirəcək. Matç saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının oyunları İspaniyanın Kambrils şəhərində keçirilir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью