ÇL: “Barselona” da Bakıya gələ bilər

22.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın qələbəsi çox fantastikdir və möcüzədir. Başqa cür izah etmək mümkün deyil. Bir alman maşınına alman maşını kimi oynayıb ona qalib gəlmək, son saniyə qolu ilə qələbəni qazanmaq inanılmaz hisslərdir.

Bu sözləri idman eksperti Kənan Məstəliyev Axar.az-a açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını 3:2 hesabı ilə məğlub etməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, istər taktiki, istər psixoloji baxımdan “Qarabağ” “Ayntraxt”a qarşı çox doğru oynadı:

“Baş məşqçi heyəti doğru seçmişdi, əvəzetmələr düzgün vaxtda və yerində edildi. Oyun planı düzgün qurulmuşdu. Rəqibin müdafiəsində plan olsa da, onlar hücumda daha yaxşı idilər, bizi çətin vəziyyətdə saxlaya bilirdilər. Ona görə də, təmkinli və diqqətli olmaq lazım idi. Səbirli olmaq və öz oyununu oynamaq. “Qarabağ” da bu işin öhdəsindən gəldi”.

Ekspertin fikrincə, bu qələbə bizə pley-off mərhələsini təmin etdi və hər hansı fors-major vəziyyət yaşanmasa, “Qarabağ” artıq növbəti mərhələdədir:

“Bu isə, Çempionlar Liqasında daha minimum iki qarşılaşma deməkdir. Rəqiblərimiz arasında çox gözəl komandalar var. Hətta “Barselona” klubunun Bakıya gəlmək ehtimalı var. Həqiqətən də, möcüzəvi durumdur.

“Qarabağ”a ancaq təşəkkür edə bilərik ki, bizə bu cür sevincli anlar yaşadır. “Qarabağ” Azərbaycan futbol tarixinə ən böyük damğanı vurmuş klublardan biridir. Bu damğanın başında Qurban Qurbanov kimi möhtəşəm məşqçi dayanır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью