ÇL: “Bavariya” “Çelsi”yə, “Liverpul” “Atletiko”ya qarşı

17.09.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə 6 görüş baş tutacaq.

Yunanıstan “Olimpiakos”u azarkeşləri önündə Kiprin “Pafos komandasını qəbul edəcək.

“Çelsi” Münhendə “Bavariya”nın qonağı olacaq. İngiltərə “Liverpul”u “Atletiko”nu, son çempion PSJ isə “Atalanta”nı qəbul edəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur

17 sentyabr

20:45 Olimpiakos – Pafos
20:45 Slaviya Praqa – Bodo-Qlimt

23:00 Ayaks – İnter
23:00 Bavariya – Çelsi
23:00 Liverpul – Atletiko
23:00 PSJ – Atalanta

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью