ÇL: Bu gecə ilk finalçı bəlli olacaq

05.05.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

Axar.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın "Atletiko" komandası bu gün İngiltərədə "Arsenal"ın qonağı olacaq.

Qarşılaşma "Emireyts" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, ilk görüşdə qalib müəyyənləşməyib - 1:1

Xatırladaq ki, digər finalçı mayın 6-da bəlli olacaq. "Bavariya" Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar - 5:4.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью