ÇL: Bu gün pley offda daha 4 matç baş tutacaq

12.02.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.

"Atalanta" "Brügge"nin qonağı olacaq. "Monako" evdə "Benfika" ilə qarşılaşacaq. "Bavariya" səfərdə "Seltik"lə üz-üzə gələcək. "Milan" isə Niderlandda "Feyenoord"u sınağa çəkəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçları fevralın 18-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

12 fevral

21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)

00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью