ÇL: Bu gün VI turun 9 oyunu keçirildi

11.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında bu gün VI tura start verilib. SİA xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) öhdəsindən gələrək faktiki olaraq 1/8 finala vəsiqə qazanmağa yaxınlaşıb, “İnter” (İtaliya) isə Almaniyadan xalsız qayıdıb.

İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb.

Liqa mərhələsinin turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

VI tur

10 dekabr

21:45. “Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0

21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1

00:00. “Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3

00:00. “Bayer 04” (Almaniya) – “İnter” (İtaliya) 1:0

00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3

00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1

00:00. “Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) 1:5

00:00. “Zaltsburq” (Avstriya) – PSJ (Fransa) 0:3

00:00. “Brest” (Fransa) – PSV (Niderland) 1:0

Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью