ÇL də 100 cü oyununa çıxdı | Icma.az
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ÇL-də 100-cü oyununa çıxdı Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İstanbulda keçirilən "Qalatasaray" - "Atletiko" matçı qonaqların qapıçısı Yan Oblak üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, "LiveResult"un məlumatına görə, sloveniyalı qolkiper karyerasında 100-cü dəfə qitənin ən nüfuzlu klub turnirində meydana çıxıb.
Bununla da Oblak Çempionlar Liqasında 100 oyun həddini keçən ilk sloveniyalı futbolçu kimi tarixə düşüb.
Yubiley matçı təcrübəli əlcək sahibi üçün maraqlı hadisələrlə başlayıb. Artıq tərəflər qarşılıqlı qollarla yadda qalıblar.
Diqqətçəkən məqam odur ki, Oblak bu tarixi gecədə ilk qolu öz komanda yoldaşından buraxıb.
Belə ki, Madrid təmsilçisinin futbolçusu Markos Lyorente topu öz qapısına (avtoqol) göndərib. Qeyd edək ki, qarşılaşma hazırda davam edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu