ÇL də ¼ finalın sonuncu cütləri də bəlli oldu

13.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”nu mübarizədən kənarlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu mərhələnin ikinci oyununda “Atletiko” “Kral klubu”nu məğlub etməyi bacarıb.
Birinci oyunun nəticəsinə əsasən (2:1) hesab bərabərləşdiyi üçün klublar əlavə vaxt oynamağa məcbur olublar. Əlavə vaxtda qapılara qol vurulmayıb.
Penaltilər seriyasında “Real Madrid” rəqibinə 4:2 hesabı ilə qalib gəlib və növbəti mərhələyə adlayıb.
Ötən gecə baş tutan oyunların nəticəsinə əsasən, İngiltərənin “Arsenal” və “Aston Villa” komandaları da Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Premyer Liqanın ikincisi “Arsenal” 1/8 final mərhələsinin cavab oyununda Hollandiyada 7:1 hesabı ilə qalib gəldiyi H PSV Eyndhoven komandası ilə heç-heçə edib - 2:2.
“Aston Villa” isə cavab oyununda Belçikanın “Brügge” klubunu qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. İlk görüşdə də ingilislər 3:1 hesabı ilə rəqibindən üstün olmuşdu.
Ötən axşam Dortmund “Borussiya”sı da Avropanın bir nömrəli turnirinin 1/4 finalına yüksəlib.
Almaniya təmsilçisi Fransada “Lill”i 2:1 hesabı ilə məğlub edib və ümumi hesabı 3:2-yə gətirib.
1/4 finalda “Real Madrid” “Arsenal”la, “Aston Villa” PSJ ilə, “Borussiya Dortmund” isə “Barselona” ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью