ÇL də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi

13.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi

Fransanın "Lans" klubu baş məşqçi Yannik Kayuzakı vəzifəsindən azad edib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

41 yaşlı mütəxəssis komandaya sentyabr ayından başçılıq edirdi. Onun rəhbərliyi altında "Lans" bütün turnirlərdə 9 oyun keçirib, 3 qələbə qazanıb və 6 dəfə məğlub olub.

Kazakın komanda ilə vidalaşmasında əsas səbəb isə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə İtaliyanın "Komo" klubuna qarşı keçirilən matç olub. Noyabrın 4-də oynanılan həmin qarşılaşmada "Lans" rəqibinə 1:9 hesabı ilə uduzub. Bu nəticə klubun tarixində avrokuboklarda evdə aldığı ən iri hesablı məğlubiyyət kimi düşüb.

Qeyd edək ki, "Lans" Fransa Liqa 1-in turnir cədvəlində 10 turdan sonra 13 xal toplayaraq 11-ci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью