ÇL də ən çox qazanan klubunun adı açıqlandı

17.04.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari mövsümdə UEFA Çempionlar Liqasında (ÇL) ən çox pul mükafatı qazanan Fransanın PSJ klubu olub.

Axar.az xəbər verir ki, bu barədə “Football Meets Data” sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Paris klubu 119,4 milyon avro qazancla liderdir. ÇL-in digər yarımfinalçıları da ilk dördlükdə yer alıb.

Sonrakı yerləri “İnter” (118,1 milyon avro), “Arsenal” (117 milyon avro) və “Barselona” (116,6 milyon avro) tutur.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində PSJ. “Arsenal”, “İnter” və “Barselona” klubları yarımfinala vəsiqə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью