Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai cari mövsüm Çempionlar Liqasında fərqlənməyi bacarıb.
QOL.az "Squawka" statistika portalına istinadən xəbər verir ki, macarıstanlı futbolçu turnirdə ən çox qol imkanı yaradan oyunçu adına sahib çıxıb. Onun aktivində komanda yoldaşları üçün yaratdığı 7 real qol epizodu var.
Siyahının ikinci pilləsini hərəyə 6 qol şansı yaradan Soboslainin komanda yoldaşı Kodi Qakpo və Atalantanın üzvü Şarl De Ketelare bölüşürlər. Onlardan sonrakı yerlərdə isə hərəyə 5 təhlükəli epizodla Serj Qnabri (Bavariya), Məhəmməd Salah (Liverpul), Deklan Rays (Arsenal) və Lamin Yamal (Barselona) qərarlaşıblar.
Xatırladaq ki, dünən Çempionlar Liqasının 7-ci turu çərçivəsində baş tutan Marsellə qarşılaşmada Liverpul 3:0 hesablı qələbə qazanıb və qollardan birini məhz Soboslai vurub.