ÇL də əsrin rekordu qeydə alındı

30.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasında XXI əsrin rekordu qeydə alınıb.

Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb. 

Liqa mərhələsinin VIII turunda turnirin məhsuldarlıq rekordu reallaşıb.

Bir oyun günündə 64 qol vurulub ki, XXI əsrdə belə göstərici (seçmə mərhələlər istisna olmaqla) qeydə alınmamışdı.

Turnir tarixinin rekordu 1970-ci ildə gerçəkləşib. Həmin vaxt Çempionlar Kuboku adlanan turnirdə bir gündə 66 qol qeydə alınıb.

Qeyd edək ki, qitənin bir nömrəli klub turnirində pley-off mərhələsinin püşkü yanvarın 31-də atılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью