ÇL də final günü: Arsenal dan erkən qol Yenilənir

30.05.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ÇL-də final günü: "Arsenal"dan erkən qol - Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

QOL.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlir.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:00-da start verilib. Oyunu almaniyalı referi Daniel Zibert idarə edir.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 0:1 (Birinci hissə)

Qol: Haverts, 6
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью