ÇL də hamını arxada qoydu

21.09.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Bu ada namizədlərin siyahısına “Barselona”dan Markus Reşford, “Yuventus”dan Duşan Vlahoviç, “İnter”dən Markus Türam və “Sportinq”dən Fransişko Trinkan layiq bilinmişdi
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olub. Həftənin ən yaxşı oyunçusu üçün ayrılan mükafat Reşforda çatıb. O, “Barselona”nın səfərdə “Nyukasl”a 2:1 hesabıyla qalib gəldiyi oyunda hər iki qolun müəllifi olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью