Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada “Benfika”nın yarımmüdafiəçisi Andreas Şelderup layiq görülüb.
"Football-plus.az" xəbər verir ki, Norveçli vinger liqa mərhələsinin sonuncu turunun “Real”la matçında dubl edərək komandasının 4:2 hesablı qələbəsində rol oynayıb. Məhz bu məğlubiyyət madridlilərin əsas mərhələdə ilk “8-lik”dən kənarda qalmasına səbəb olub.
Şelderup UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə üç rəqibini - “Çelsi”dən Joao Pedronu (“Napoli”yə 2 qol vurub), “Bayer-04”dən Malik Tillmanı (“Vilyarreal”a 2 qol vurub) və “Liverpul”dan Aleksis Makallisteri (“Qarabağ”a 2 qol vurub) qabaqlayıb.
ÇL-də həftənin ən yaxşı futbolçularından ibarət rəmzi komandası da müəyyənləşib. “Benfika”nın daha çox – 2 oyunçu ilə təmsil olunduğu 11 nəfərlik heyəti nəzərinizə çatdırırıq: qapıçı - Anatoli Trubin (Benfika); müdafiəçilər - Bruno (Pafos), Kristian Romero (Tottenhem), Din Börn (Nyukasl), Federiko Dimarko (İnter); yarımmüdafiəçilər - Aleksis Makallister (Liverpul), Malik Tillman (Bayer-04); hücumçular - Lamin Yamal (Barselona), Andreas Şelderup (Benfika), Joao Pedro (Çelsi), Kasper Hög (Bude/Qlimt).