ÇL də həftənin ən yaxşı oyunçusu bilindi

29.01.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, turnirin mətbuat xidmətinin məlumatına görə, bu ada "Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup layiq görülüb.

Norveçli vinger "Real"la baş tutan qarşılaşmada (4:2) dubl edərək komandasına parlaq qələbə qazandırıb. Məhz bu məğlubiyyət "kral klubu"nun əsas mərhələdə ilk səkkizlikdən kənarda qalmasına səbəb olub.

Şelderup səsvermədə rəqiblərini, "Çelsi"dən Joao Pedronu ("Napoli"yə 2 qol), "Bayer"dən Malik Tillmanı ("Vilyarreal"a 2 qol) və "Liverpul"dan Aleksis Makallisteri qabaqlayıb.

Xatırladaq ki, Aleksis Makallister təmsilçimiz "Qarabağ"ın "Liverpul"la (0:6) matçında dubl müəllifi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью