ÇL də həftənin ən yaxşısı seçildi

20.02.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Real"ın hücumçusu Kilian Mbappe olub. 26 yaşlı fransalı futbolçu sorğuda Vitinya (PSJ), Noah Lanq (PSV) və Orkun Kökçünü ("Benfika") qabaqlayıb.

Qeyd edək ki, Mbappe “Mançester Siti” ilə (3:1, ilk oyun 3:2) görüşdə 3 qol vurub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью