Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ÇL-də həftənin oyunçusu kim olacaq?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
QOL.az xəbər verir ki, bu ada PSJ-dən Usman Dembele və “Atletiko”dan Antuan Qrizmann iddia edir.
Qrizmann "Arsenal"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə sona qədər oynayıb. Lakin fransız futbolçu qol və ya qol ötürməsi ilə fərqlənməyib. Dembele isə "Bavariya"ya 5:4 hesabıilə qalib gəldikləri oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.