ÇL də ilk qol vuruldu

08.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk günündə mövsümün açılış qolu qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, cari turnirin ilk qolu “Brügge” və “Aston Villa” komandaları arasında keçirilən qarşılaşmada vurulub.

Bakı vaxtı ilə saat 20:45-də start götürən matçın 11-ci dəqiqəsində Birminhem təmsilçisinin yarımmüdafiəçisi Con Makginn fərqlənərək komandasını irəli çıxarıb. Bununla da şotlandiyalı futbolçu 2026/27 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində toru silkələyən ilk oyunçu kimi turnirin tarixinə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью