ÇL də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər

12.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər

Dejan Stankoviç "Srvena Zvezda"nın baş məşqçisi vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə Serbiya klubu məlumat yayıb.. Stankoviçin vəzifəsindən öz istəyi ilə ayrıldığı bildirilib.

Beləliklə, 47 yaşlı mütəxəssisin Belqrad klubundakı ikinci dönəmi başa çatıb. Stankoviçin rəhbərliyi altında "Srvena Zvezda" 149 qələbə qazanıb, 26 heç-heçə edib və 20 dəfə məğlub olub.

Qeyd edək ki, "Srvena Zvezda" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində İsrailin "Hapoel" (Ber-Şeva) klubuna iki oyunun nəticəsinə görə 0:3 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью