ÇL də mərhələ adlayan İnter ə inanılmaz mükafat

12.03.2025

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Feyenoord”u 2:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 1/4 finalına yüksələn İtaliyanın “İnter” klubu buna görə 100 milyon avro qazanıb. 


Manset.az bildirir ki, Çempionlar Liqasının yeni formatı uğuru pula çevirir. "İnter" hər iki matçda "Feyenoord"u məğlub edərək 1/4 finalda "Bavariya"ya rəqib olub və 100 milyon avro pul mükafatına sahib olub.

Komandanın baş məşqçisi Simone İnzaghi isə “İnter”də 200-cü matçına çıxmış olub.

Beləliklə, o, "İnter"də 200 və daha çox matç idarə edən beşinci baş məşqçi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью