futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk het-trik rəsmiləşib.
Futbolpress.az xəbər verir ki, bu nailiyyətə Almaniyanın “Ştuttqart” klubunun Bosniya və Herseqorivadan olan hücumçusu Ermedin Demiroviç imza atıb.
Norveçin “Vikinq” komandasına qarşı keçirilən qarşılaşmada təcrübəli forvard cəmi 12 dəqiqə ərzində 3 dəfə fərqlənib. O, matçın 20-ci, 26-cı və 32-ci dəqiqələrində rəqib qapısına yol taparaq turnirin cari mövsümündə ilk het-trikin müəllifi olub.
Hazırda “Ştuttqart” – “Vikinq” görüşündə meydan sahibləri 3:1 hesabı ilə öndədir və qarşılaşma davam edir.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Sabah” noyabrında 5-də turnir çərçivəsində səfərdə “Vikinq”in qonağı olacaq.