ÇL də ötən mövsüm kim ən çox qazanıb? Finalçı üçüncüdür

04.04.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

UEFA Konqresi cümə axşamı qurumun 2023/24 mövsümü üçün maliyyə hesabatını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, sənəddə Çempionlar Liqasının son mövsümündə komandaların pul mükafatının məbləği də əksini tapıb. 

"Associated Press"-in məlumatına görə, turnirin qalibi "Real Madrid" hamıdan çox qazanıb. Digər finalçı "Borussiya Dortmund" isə üçüncü sırada yer alıb. 

İlk "5-lik" belədir:

"Real Madrid" – 138,795 milyon avro;
PSJ – 122,444 milyon avro;
"Borussia Dortmund" – 120,748 milyon avro;
"Bayern Münhen" – 120,404 milyon avro;
“Mançester Siti” – 110,446 milyon avro.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью