futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ailəvi səbəblərdən iyul ayında “Əl-Qərəfə”dən ayrılan və üç aydır klubsuz qalan Xoselu karyerasını yenidən Qətərdə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Əl-Sayliya” 36 yaşlı ispaniyalı forvardın transferini elan edib. Kluba azad agent statusunda keçən təcrübəli hücumçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Xoselunun yeni komandası hazırda Qətər çempionatının autsayderləri sırasında yer alır. “Əl-Sayliya” turnir cədvəlində keçirdiyi 4 oyundan sonra xal qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.
Xoselu 2023/24 mövsümünü icarə əsasında Madrid “Real”ında keçirib və Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya qarşı matçda 88 və 90+1-ci dəqiqələrdə dubl edərək komandasını finala daşımaqla yadda qalıb.