ÇL finalından əvvəl o da səhnə alacaq

26.05.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Çempionlar Liqasının finalında PSJ - "İnter" matçından əvvəl çıxış edəck daha bir ifaçı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 

Almaniyalı skripkaçı David Qarret UEFA Çempionlar Liqasının finalından əvvəl çıxış edəcək. Musiqiçi "The White Stripes" qrupunun "Seven Nation Army" mahnısını səsləndirəcək.

Daha əvvəl məlum olmuşdu ki, bu mövsüm UEFA Çempionlar Liqasının final matçı başlamazdan əvvəl Amerika rok qrupu "Linkin Park" da çıxış edəcək.

Həlledici görüş 31 mayda keçiriləcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью