ÇL: İki komandanın pley off mərhələsindən kənarda qalacağı dəqiqləşib | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gecə Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində keçirilən 9 oyundan sonra Avropanın ən mötəbər turnirində pley-off şansını itirən 2 komanda müəyyənləşib.
Sport24.az xəbər verir ki, "Ayaks"a 1:2 hesabı ilə uduzan "Vilyarreal"ın pley-off mərhələsindən kənarda qalacağı dəqiqləşib.
İspaniya təmsilçisi ilə yanaşı, dünən "Brügge"yə (4-1) məğlub olan "Kayrat"ın da pley-offa vəsiqə qazana bilməyəcəyi məlumdur.
Qazaxıstan komandası, "sarı sualtı qayıq" kimi, yeddi oyundan sonra bir xala malikdir.
Qeyd edək ki, digər klubların turnirin Liqa mərhələsindən sonra ilk "24-lüy"ə yüksəlmək üçün nəzəri şansları var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu