ÇL in əsas mərhələsində qol vuran ilk azərbaycanlı

22.01.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

ÇL-in əsas mərhələsində qol vuran ilk azərbaycanlı

Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt" (Almaniya) üzərində möhtəşəm qələbə qazanıb.

Ağdam klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyunda qələbə qolunu 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub.

QOL.az xəbər verir ki, "Qarabağ"ın mərkəz müdafiəçisi bununla da Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.

"Qarabağ" tarixində 2-ci dəfədir ki, Çempionlar Liqsının əsas mərhələsində çıxış edir. "Kəhər atlar" 2017-2018 mövsümündə 2, bu mövsüm isə hələlik 13 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью