ÇL in finalı ABŞ də keçirilə bilər

23.02.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çempionlar Liqasının (ÇL) finalı ABŞ-də keçirilə bilər. Bu məlumatı “The Independent” yayıb.

İngiltərə qəzetinin yazdığına görə, 2033-cü ildə final da daxil olmaqla turnirin bir neçə oyunu Amerika qitəsində təşkil edilə bilər. UEFA ABŞ-nin “Relevent Sports” şirkəti ilə yeni müqavilə bağlamağı planlaşdırır. Bu hadisənin 2027-ci ildə baş vermək ehtimalı var.
Qeyd edək ki, UEFA 30 ildən çoxdu “TEAM Marketing” ilə əməkdaşlıq edir. Bu şirkət ÇL-in himni və hər mövsüm yenilənən rəsmi topu da daxil olmaqla turnirin brendinqi ilə məşğul olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью