ÇL in finalında 5 qol: PSJ İnter ə dərs keçdi (YENİLƏNİB)

01.06.2025

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Qaynarinfo xəbər verir ki, həlledici görüşdə İtaliyanın "İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər.

Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi "Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb.

Finalda iştirak edən komandalardan "İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.

Turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və "Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldudur (141).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın "Real” klubu olub.

Çempionlar Liqası

Final

PSJ - İnter 5:0 

Qollar: Əşrəf Hakimi, 12. Desire Doue, 20; 62. Xviça Kvaratsxeliya, 63. Senni Mayulu, 87ş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью