ÇL: İnter in finaldakı rəqibi PSJ oldu

08.05.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ “Arsenal”ı qəbul edib.

İlk oyunda 1:0 hesablı qələbə qazanan Fransa nəhəngi öz meydanında da sevinən tərəf olub. Luis Enrikenin komandası rəqibini 2:1 hesabı ilə üstələyərək adını finala yazdırıb.

Həlledici qarşılaşmada PSJ "İnter"lə üz-üzə gələcək. “İnter” “Barselona”nı məğlub edərək (3:3, 4:3 ə.v.) finala yüksəlib.

UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək. 

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

PSJ (Fransa) “Arsenal” (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27. Əşrəf Hakimi, 72 – Bukayo Saka, 76.
İlk oyun – 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью