ÇL: LANDAU Lions avrokubokda mübarizəyə başlayır

14.09.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın basketbol komandası "LANDAU Lions" avrokubok mövsümündə mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki. təmsilçimiz bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. 

"Şirlər" Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gələcək. Oyun Bolqarıstanın Samokov şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Qeyd edək ki, cütün qalibi növbəti raundda "Opava" (Çexiya) - "Dziki" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.

FİBA Çempionlar Liqası
2-ci mərhələ
14 sentyabr

15:15 "VEF Riqa" (Latviya) – "LANDAU Lions" (Azərbaycan)
Samokov (Bolqarıstan).  

Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. B qrupunda yer alan "bayquşlar" "Rytas" (Litva), "Nanterre 92" (Fransa) və "Trabzonspor" (Türkiyə) komandaları ilə mübarizə aparacaq.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью