ÇL lə vidalaşacaq daha iki komanda Biri Ayntraxt dır | Icma.az
Icma.az bildirir, Qol.az portalına istinadən. ÇL-lə vidalaşacaq daha iki komanda - Biri "Ayntraxt"dır UEFA Çempionlar Liqasının Liqa mərhələ
QOL.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” klubunun Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib.
Frankfurt təmsilçisi Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzub və 7 oyundan sonra cəmi 4 xalla pley-off şanslarını itirib.
“Barselona”ya 2:4 hesabı ilə məğlub olan Çexiyanın “Slaviya” klubu isə 7 turdan sonra cəmi 3 xal toplayıb və pley-off mərhələsinə yüksəlmək üçün riyazi şanslarını itirib.
Hazırda pley-offa vəsiqə verən sonuncu – 24-cü pillədə Yunanıstanın “Olimpiakos” komandası qərarlaşıb.
Afina təmsilçisinin aktivində turnirin bitməsinə bir tur qalmış 8 xal var.
Qeyd edək ki, daha əvvəl İspaniyanın “Vilyarreal” və Qazaxıstanın “Kayrat” klubları ÇL-in pley-off mərhələsinə yüksəlmək imkanlarını itirmişdilər.
Turnirdə iştirak edən digər komandaların isə hələlik ümumi mərhələni ilk 24-lükdə başa vurmaq üçün nəzəri şansları qalmaqdadır.
Tam oxu
Xəbəri oxu