ÇL: Liqa mərhələsi başa çatdı

30.01.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, VIII turun bütün matçları eyni vaxtda start götürüb.

"Mançester Siti" və PSJ həlledici matça çıxıb. Pep Qvardiolanın komandası 3:1 hesabı ilə qalib gəlib.

PSJ isə səfərdə "Ştutqart"a aman verməyib. Fasiləyə kimi 3 qol vuran parislilər pley-offa vəsiqə təmin ediblər.

Lider "Liverpul" ilk dəfə xal itirib. "Qırmızılar" Eyndhovendə PSV-yə uduzublar.

Çempionlar Liqası
Liqa mərhələsi, VIII tur

"Sportinq" – "Bolonya" - 1:1
PSV – "Liverpul" - 3:2
"Yanq Boyz" – "Srvena Zvezda" - 0:1
"Ştutqart" – PSJ - 1:4
"Şturm" – "Leypsiq" - 1:0
"Mançester Siti" – "Brügge" - 3:1
"Bavariya" – "Slovan" - 3:1
"İnter" – "Monako" - 3:0
"Borussiya" D – "Şaxtyor" - 3:1
"Barselona" – "Atalanta" - 2:2
"Bayer" – "Sparta" - 2:0
"Yuventus" – "Benfika" - 0:2
"Dinamo" Z – "Milan" - 2:1
"Zalsburq" – "Atletiko" - 1:4
"Lill" – "Feyenoord" - 6:1
"Aston Villa" – "Seltik" - 4:2
"Jirona" – "Arsenal" - 1:2
"Brest" – "Real" - 0:3

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью