ÇL matçında zəruri fasilə

18.03.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Çempionlar Liqasının 1/8 finalının “Barselona” – “Benfika” cavab oyununda (3:1) maraqlı anlar yaşanıb.
Matçda iki dəfə fasilə yaranıb. Amma bu, oyunda hər hansı arzuolunmaz hallarla bağlı olmayıb. Hakim Fransua Letesye 5-ci dəqiqədə bəzi futbolçulara iftar fasiləsi üçün vaxt ayırıb. Lakin “Benfika”nın türk oyunçusu Orkun Kökçü referiyə yaxınlaşaraq hələ iftar vaxtının yetişmədiyini bildirib. Letesye isə 10 dəqiqə sonra yenidən iftar üçün fasilə verməyi lazım bilib.
Qeyd edək ki, “Benfika”nın oyunçularından Kökçü ilə Kərəm Aktürkoğlu, “Barselona”dan isə Lamin Yamal meydana oruc tutaraq çıxıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью