ÇL matçının mətbuat konfransı ləğv olundu

08.09.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ÇL matçının mətbuat konfransı ləğv olundu

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin 1-ci turunda “Napoli” ilə oyun öncəsi mətbuat konfransı ləğv edilib.

QOL.az xəbər verir ki, bu barədə “Football.London” məlumat yayıb.

Mətbuat konfransının ləğvinə İngiltərədə hava hərəkətinə nəzarətlə bağlı yaranan problem səbəbindən komandanın təyyarəsinin gecikməsi səbəb olub. “Arsenal”ın Neapola yerli vaxtla saat 21:30-dan tez çatmayacağı gözlənilir.

Qeyd olunur ki, UEFA adətən media qarşısındakı öhdəliklərini yerinə yetirməyən komandaları cəzalandırır. Lakin yaranmış vəziyyəti nəzərə alan qurum “Arsenal”ı bu dəfə cərimə etməyəcək.

“Napoli” - “Arsenal” oyunu sentyabrın 9-da Neapolda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью