ÇL: Mbappenin pokeri “Real” qələbə qazandırdı

27.11.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Real Madrid” UEFA Çempionlar Liqasının V turu çərçivəsində səfərdə “Olimpiakos”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub edib.

“Kral klubu”nun heyətində Kilian Mbappe parlaq oyunu ilə seçilib.

26 yaşlı fransalı hücumçu komandasının vurduğu 4 qolun da müəllifi olub.

Qeyd edək ki, Mbappe “Real Madrid”in heyətində indiyədək keçirdiyi 77 rəsmi matçda 66 qol vurub və 8 məhsuldar ötürmə edib.

ÇL: “Çelsi” “Barsa”ya, “Bayer” “Siti”yə qalib gəlib - YENİLƏNİB "Qarabağ” İtaliyadan xalsız qayıdır - YENİLƏNİB Okan Buruk: “UEFA bu böyük səhvi cəzalandırmalıdır” İstanbulda "Qalatasaray"a soyuq duş “Qarabağ”ın U-19 komandası İtaliyada məğlub oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью