Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bu gün futbol üzrə Çempionlar Liqasının əsas mərhələsi başa çatır. Demək olar ki, bütün komandalar üçün turnir baxımından real maraq var. Yalnız iki klub artıq ilk “8-lik”də yerini təmin edib, qalan 36 komandadan 30-u isə axşama konkret hədəflərlə çıxır: kimisi top-8-ə düşmək, kimisi heç olmasa top-24-də qalmaq, kimisi isə sadəcə turnirdən kənarda qalmamaq üçün son şansını dəyərləndirmək istəyir.
Əsas mərhələdə ilk 8 yeri tutan komandalar birbaşa olaraq Çempionlar Liqasının 1/8 final mərhələsinə adlayırlar. 9-24-cü yerləri tutan klublar isə 1/8 finala çıxmaq uğrunda pley-off görüşlərində qarşılaşacaqlar. 25-36-cı yerlərin sahibləri üçün isə turnir başa çatır.
“Qarabağ” üçün hesablamalar sadə, amma kifayət qədər sərtdir. Ağdam təmsilçisi 8-ci tura 10 xalla 18-ci pillədə daxil olur və hazırda top-24 zonasında yer alır. Lakin rəqib səfərdə “Liverpul”dur. Bu isə o deməkdir ki, paralel olaraq 8–9 xalı olan və bir uğurlu axşamla bu həddi aşa biləcək rəqiblərin nəticələrini də diqqətlə izləmək lazım gələcək.
Top-24 uğrunda mübarizədə “Qarabağ”ın vəziyyətinə təsir edən oyunlar:
“Barselona” – “Kopenhagen”
“Barselona” 13 xalla top-8 uğrunda mübarizə aparır. “Kopenhagen” isə 8 xalla top-24 xəttinə çox yaxındır. Danimarka klubunun qələbəsi aşağı pillələrdəki bütün rəqiblərin işini xeyli çətinləşdirə bilər.
“Monako” – “Yuventus”
Hər iki komandaya nəticə lazımdır. “Yuventus” 12 xalla 9–24 zonasındakı mövqeyini möhkəmləndirmək və şans yaranarsa top-8-ə yaxınlaşmaq istəyir. “Monako” isə 9 xalla cədvəlin orta hissəsindəki komandaların, o cümlədən “Qarabağ”ın birbaşa rəqibidir.
“Napoli” – “Çelsi”
Top-8 və top-24 maraqlarının kəsişdiyi daha bir qarşılaşma. “Napoli” 8 xalla keçid zonasına qayıtmaq uğrunda mübarizə aparır, “Çelsi” isə 13 xalla birbaşa 1/8 finala vəsiqə məsələsini həll etməyə çalışır.
“Brügge” – “Marsel”
“Marsel” 9 xalla “Qarabağ”ın ən yaxın izləyicilərindən biridir. Fransızların qələbəsi top-24 uğrunda mübarizəni daha da gərginləşdirəcək.
“Bayer” – “Vilyarreal”
“Bayer”in 9 xalı var və qələbə onların xalını 12-yə çatdıra bilər. Bu isə 10 xallı komandaların bütöv bir qrupunu geridə qoymaq imkanı deməkdir.
“Atletik” – “Sportinq”
“Atletik” 8 xalla 23-cü pillədə qərarlaşıb və hazırda top-24-də qalır. “Sportinq” isə 13 xalla 10-cu yerdədir və minimum pley-off mərhələsini artıq təmin edib. “Qarabağ” üçün daha sərfəli ssenari heç-heçə və ya baskların xal itirməsidir, çünki “Atletik”in qələbəsi onları 11 xala yüksəldəcək.
“Ayaks” – “Olimpiakos”
“Ayaks” 6 xalla 32-ci pillədədir. “Olimpiakos” isə 8 xalla top-24-də sonuncu keçid yerini tutur. Yunan klubunun qələbəsi “Qarabağ” üçün vəziyyəti daha da gərginləşdirə bilər. Heç-heçə və ya xal itkisi isə “Qarabağ”ın maraqlarına uyğundur.
PSV – “Bavariya”
PSV 8 xalla 22-ci pillədədir və nəticəyə ehtiyacı var. “Bavariya” isə artıq 1/8 finala vəsiqəni təmin edib. Meydan sahiblərinin qələbəsi top-24 uğrunda təzyiqi artıracaq, PSV-nin xal itirməsi isə “Qarabağ”ın xeyrinə olacaq.
ÇL-in əsas mərhələsinin 8-ci turunda Bakı vaxtı ilə saat 23:59-da başlayacaq bütün oyunlar:
“Ayaks” – “Olimpiakos”
“Arsenal” – “Kayrat”
“Monako” – “Yuventus”
“Atletik” – “Sportinq”
“Atletiko” – “Bude-Qlimt”
“Bayer” – “Vilyarreal”
“Borussiya” Dortmund – “İnter”
“Brügge” – “Marsel”
“Ayntraxt” – “Tottenhem”
“Barselona” – “Kopenhagen”
“Liverpul” – “Qarabağ”
“Mançester Siti” – “Qalatasaray”
“Pafos” – “Slaviya”
PSJ – “Nyukasl”
PSV – “Bavariya”
“Union” – “Atalanta”
“Benfika” – “Real Madrid”
“Napoli” – “Çelsi”
8-ci tur öncəsi Çempionlar Liqasının turnir cədvəli:
“Arsenal” – 21
“Bavariya” – 18
“Real Madrid” – 15
“Liverpul” – 15
“Tottenhem” – 14
PSJ – 13
“Nyukasl” – 13
“Çelsi” – 13
“Barselona” – 13
“Sportinq” – 13
“Mançester Siti” – 13
“Atletiko” – 13
“Atalanta” – 13
“İnter” – 12
“Yuventus” – 12
“Borussiya” Dortmund – 11
“Qalatasaray” – 10
“Qarabağ” – 10
“Marsel” – 9
“Bayer” – 9
“Monako” – 9
PSV – 8
“Atletik” – 8
“Olimpiakos” – 8
“Napoli” – 8
“Kopenhagen” – 8
“Brügge” – 7
“Bude-Qlimt” – 6
“Benfika” – 6
“Pafos” – 6
“Union” – 6
“Ayaks” – 6
“Ayntraxt” – 4
“Slaviya” – 3
“Vilyarreal” – 1
“Kayrat” – 1