ÇL oyunu öncəsi azarkeşlərə qadağa

29.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Lill" "Feyenoord"u qəbul edəcək.

QOL.az xəbər verir ki, niderland təmsilçisinin azarkeşləri matç öncəsi problemlə üzləşiblər. Onların Lill şəhərinə girişi qadağan edilib.

Qadağa azarkeşlərlə Fransa polisi arasında toqquşma riskinin artması ilə əsaslandırılır.

"Lill" - "Feyenoord" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hazırda "Feyenoord" Çempionlar Liqasının turnir cədvəlində 11-ci, "Lill" isə 12-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью