ÇL oyunu zamanı azarkeş öldü

07.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun "Bavariya" – "Benfika" oyununda xoşagəlməz hadisə yaşanıb. Sport24.az xəbər verir ki, oyunun gedişi zamanı tribunada bir azarkeş vəfat edib.

Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Matçın 3-cü dəqiqəsində halı pisləşən fanat həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

"Bavariya" "Benfika"nı 1:0 hesabıyla məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью