Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cütlükləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi İngiltərə təmsilçisi "Nyukasl" olub.
“Qarabağ” Premyer Liqa klubunu mübarizədən kənarlaşdıracağı halda, 1/8 finalda “Barselona” ilə “Çelsi”dən biri ilə qarşılaşacaq.
Türkiyə çempionu "Qalatasaray" isə pley-offda "Yuventus"la üz-üzə gələcək.
Pley-off cütlükləri:
Monako - PSJ
Benfika - Real Madrid
Qarabağ - Nyukasl
Budyo Qlimt - İnter
Qalatasaray - Yuventus
Borussiya Dortmund - Atalanta
Brügge - Atletiko Madrid
Olimpiakos - Bayer Leverkuzen
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək. "Qarabağ" ilk oyununu evdə keçirəcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.
Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.