ÇL: PSJ ardıcıl ikinci dəfə kuboku muzeyinə apardı

30.05.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Budapeştdə keçirilən final matçında Fransa nəhəngi PSJ və İngiltərə təmsilçisi "Arsenal" qarşı-qarşıya gəlib.

Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşmada hesabı 6-cı dəqiqədə "Arsenal"ın almaniyalı ulduzu Kay Havertz açıb. London klubu bu qolla fasiləyə 1-0 önde yollansa da, PSJ 65-ci dəqiqədə Usman Dembelenin penaltı zərbəsi ilə bərabərliyi təmin edib. Oyunun normal vaxtı və əlavə hissələri 1-1 hesabı ilə başa çatdığı üçün qalib seri penalti vuruşlarında müəyyənləşib.

Penaltilərdə daha dəqiq oynayan (4:3) Paris klubu "Arsenal"ı üstələyərək kuboku başı üzərinə qaldırmağı bacarıb.

Bununla da tarixində 3-cü dəfə final oynayan PSJ, keçən mövsüm "İnter"i 5-0 məğlub etdikdən sonra ardıcıl ikinci dəfə bu turnirin qalibi olub.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью