ÇL: PSJ qalib gəldi, Bavariya böyük hesabla məğlub oldu

23.01.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş keçirilib.

Günün mərkəzi qarşılaşmasında PSJ "Mançester Siti"ni qəbul edib. Paris təmsilçisi "şəhərlilər"ə 4:2 hesabı ilə qalib gəlib. "Bavariya" "Feyenoord"a uduzub - 0:3.

"Real" isə "Zalsburq"u darmadağın edib - 5:1.

UEFA Çempionlar Liqası

VII tur

"Leyptsiq" (Almaniya) - "Sportinq" (Portuqaliya) - 2:1

Qollar: Şeşko, 19, Paulsen, 78 - Qyökereş, 75

"Şaxtyor" (Ukrayna) - "Brest" (Fransa) - 2:0

Qollar: Kevin, 18, Sudakov, 37

"Milan" (İtaliya) - "Jirona" (İspaniya) - 1:0

Qol: Leau, 37

"Arsenal" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Rays, 2, Havertz, 66, Odiqaard, 90+1

"Seltik" (Şotlandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Benito, 86-avtoqol

Qırmızı vərəqə: Maeda, 89 ("Seltik")

"Feyenoord" (Niderland) - "Bavariya" (Almaniya) - 3:0

Qollar: Ximenez, 21, 45+9, Ueda, 89

Qırmızı vərəqə: Ulrex, 90 ("Bavariya")

 PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 4:2

Qollar: Dembele, 56, Barkola, 60, Neveş, 78, Ramoş, 90+6 – Qriliş, 50, Haaland, 53

"Real" (İspaniya) - "Zalsburq" (Avstriya) - 5:1

Qollar: Rodriqo, 23, 34, Mbappe, 48, Junior, 55, 77 – Bidstrup, 85

"Sparta" (Çexiya) - "İnter" (İtaliya) - 0:1

Qol: Martinez, 12

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью