ÇL: Qalatasaray Atletiko Madrid ilə üz üzə | Icma.az
Icma.az, Fanat saytına istinadən bildirir. UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, sonuncudan əvvəlki turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutacaq.
Günün ilk iki qarşılaşması "Qarabağ"la "Qalatasaray"ın ev oyunlarıdır.
Azərbaycan çempionu "Ayntraxt"ı sınağa çəkəcəksə, Türkiyə nəhəngi "Atletiko Madrid"i qonaq edəcək.
Yeddinci tur çərçivəsində "Liverpul" Fransaya, "Barselona" Çexiyaya səfər edəcək, digər Avropa nəhənglərindən "Yuventus" "Benfika"nı, "Bayern Münhen" "Yunion"u, "Çelsi" "Pafos"u doğma meydanda qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" əsas mərhələdəki son matçını 28 yanvarda səfərdə İngiltərə nəhəngi "Liverpul"a qarşı keçirəcək.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, VII tur 21 yanvar 21:45. "Qarabağ" (Azərbaycan) – "Ayntraxt" (Almaniya) 21:45.
"Qalatasaray" (Türkiyə) – "Atletiko Madrid" (İspaniya) 00:00. "Olimpik Marsel" (Fransa) – "Liverpul" (İngiltərə) 00:00.
Tam oxu
Xəbəri oxu